Danimarkanın səfiri İran XİN-nə çağırıldı

Kopenhagendə Qurani-Kərimə edilən hörmətsizliyə görə Danimarkanın Tehrandakı səfiri İran İslam Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Əl Aləm telekanalının məlumatına əsasən, ötən Qurban bayramı günlərində İsveçdə Quran yandırıldıqdan sonra Kopenhagendə də oxşar hadisə baş verdikdən sonra İran XİN-i Danimarkanın səfiri Jesper Vahrdan diplomatik cavab istəyib.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Departamentinin baş direktoru Məcid Nili  Əhmədabadi islam müqəddəslərinə qarşı hər cür təhqiri pisləyərək Avropada ilahi kitabların yandırılmasını orta əsrlərin cahillik və qaranlıq atmosferini xatırlatdığını və Qərbdə fikir və etiqad azadlığı üçün ən böyük təhlükə olduğunu deyib.

Səfir Jesper Vahr digər dinlərə qarşı hörmətsizliyin utancverici olduğunu qeyd edərək deyib: Danimarka hökuməti yalnız təfriqə yaratmaq məqsədi daşıyan və heç bir məqsədə xidmət etməyən bu cür təxribatçı əməllərdən çəkinir və vəziyyətlə bağlı hökumət rəsmilərinə dərhal məlumat verəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib