Danimarka XİN-i üzrxahlıq edir

Danimarkanın xarici işlər naziri Əlcəzairli həmkarı ilə telefon söhbətində ölkəsində Qurani Kərimə qarşı ehtiramsızlığa görə üzr istəyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əlcəzair XİN-nin bəyanatında Lark Lak Rasmussen bu rəftarları qəbuledilməz və dözülməz adlandırıb və Danimarkanın belə rəftarlara qarşı olduğunu dediyi bildirilir.

Rasmussen həmçinin ölkəsinin bu faktlara son qoyacaq qanun layihəsinin mətninin yekunlaşdırıldığını, gələn ay ərzində parlamentə təqdim ediləcəyini də vurğulayıb.

Son zamanlar Danimarka və İsveçdə Qurana qarşı hörmətsizlik faktları dəfələrlə təkrarlandığı üçün müsəlman dünyasının kəskin etirazlarına səbəb olub.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır