Daha bir vətəndaş polis şöbəsində ölüb

Bu gün polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.

DİN-dən verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunmuşdur. Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilmişdir. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO