Daha bir sionist oğurlandı?!

İsrail mediaları daha bir sionistin Afrika ölkəsində oğurlandığından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim mediaları Efiopiyada bir İsrail vətəndaşının oğurlandığını iddia edirlər.

Bu iddiaya görə bu şəxs bazar ertəsi günü Efiopiya meşəliyində, Omhore məntəqəsində istirahət edərkən naməlum şəxlər tərəfindən oğurlanıb. Əlbəttə həmin şəxs barədə ətraflı məlumat verilməyib.

Bu həftə ərzində iki israillinin oğurlanma xəbəri mediada səs-küyə səbəb olub. Tel Əviv İraqda bir vətəndaşının oğurlanmasında iraqlı müqavimət qruplarının məsuliyyət daşıdığını iddia edirlər. Onlar bu sionistin (kəşfiyyatçının) İraq Hizbullahının oğurladığını deyirlər.

Qeyd edək ki, İraq rəsmiləri İsrail əsilli rusiyalı tədqiqatçı Elizabet Tsurkovun İraqda qaçırılması ilə bağlı təhqiqata başladığını elan etsə də, hadisə sirr olaraq qalır. Çünki hakimiyyət istintaq dosyesində hər hansı yeni inkişafdan bəhs etməsə də, mənbələr Tsurkovun taleyini öyrənmək üçün bəzi silahlı şiə qruplarına təzyiq edildiyini bildirir.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır

Türkiyə: İsrail rəsmiləri üçün çıxarılmış həbs orderi ədalətin yaşamasına bir ümiddir