Fələstin mediaları Nablosda sionsit hərbçilərin gülləsinə tuş gələrək şəhid olub.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İordan çayının qərb sahilinin Nablos şəhərində bir gənci şəhid edib və iki nəfəri yaralayıb.
Fələstin səhiyyə nazirliyi bəyanatla Əl Eyn düşərgəsində sionist hərbçilərin silahlı hücumu nəticəsində Xəlil Yəhya Əl Ənisin şəhid olduğunu elan edib.
Məlumata görə daha iki fələstinli gənc baş nahiyəsindən yaralanaraq xəstəxanaya köçürülüb. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Nablos Qırmızı Aypara Cəmiyyətinin baş həkimi Əhməd Cəbrayıl sionistlərin digər bir hücumunda onlarla fələstinlinin avtomobillə vurulduğunu qeyd edərək deyib ki, bu insidentdə 170 nəfər gözyaşardıcı qazdan zəhərlənib.
Verilən məlumata əsasən, Nablosun müxtəlif məntəqələrində sionistlərin mənizllərə hücumu nəticəsində dünən (14 iyun) daha 63 fələstinli zərər çəkib. İşğalçı hərbçilər fələstinlilərin evlərini mühasirəyə alaraq güllə atıb, bəzi mənzillərə daxil olaraq partlayış, söküntü və iğtişaşlar törədiblər.