Daha bir fələstinli gənc sionist gülləsinə tuş gəldi

Qafqaztimes xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi cümə günü 31 yaşlı Cəmil Camal Əbu Ayyaşın Nablusun cənubunda şəhid olduğunu açıqlayıb.

Maa internet saytının məlumatına görə, Əbu Ayyaş dünən cümə namazından sonra fələstinli gənclərlə sionist qüvvələri arasında baş verən toqquşmada güllə yarası almış və bir neçə saat sonra xəstəxanada şəhid olmuşdur. Fələstinli gənc baş nahiyəsindən güllə yarası alıbmış.

Təhlükəsizlik mənbələri həmçinin 68 fələstinlinin atəş, gözyaşardıcı qaz və plastik güllələr vasitəsilə yaralandığını bildirib.

Toqquşmaların artması İsrail mediasının rejimin İordan çayının qərb sahilində və Qüdsdə müqavimət əməliyyatlarının artmasından açıq şəkildə qorxduğunu, nəzarət-buraxılış məntəqələrində və 1948-ci ildə işğal olunmuş ərazilərin müxtəlif bölgələrində hazırlıq vəziyyəti elan edildiyi, Qüds və İordan çayının qərb sahilində daha çox qüvvələrin yerləşdirildiyini xəbər verdiyi bir vaxt təsadüf edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur