Dağlıq ərazidə köməksiz qalan qadın belə xilas edildi – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bir kilometr hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir