Dərin quyudan iti belə xilas etdilər (Video izlə) 

Bakı şəhərinin Xəzər rayonu ərazisində quyuda itin köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

Daxil olmuş məlumatla bağlı FHN-in xilasediciləri hadisə yerinə cəlb olunublar və su quyusunda qalan iti xilas ediblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir