Dəri altında kriptovalyuta: Fantastikadan reallığa – FOTO/VİDEO

ABŞ-nin “VivoKey” və “Dangerous Things” şirkətləri insan bədəninə implant kimi əlavə edilə bilən “Apex” adlı kriptovalyuta pulqabısı hazırlayıb.

Bildirilir ki, kriptovalyuta əməliyyatlarının emalı birbaşa implant edilmiş çipin daxilində həyata keçirilir.

Həb ölçüsündə olan “Apex” pulqabısı “bitcoin”lərə çıxış üçün lazım olan məlumatları saxlamaqdan ötrü insan dərisinin altına implant edilən çiplərdən istifadə edir. Çipdən gələn siqnallar smartfonlar, ya digər cihazlar tərəfindən oxunur və sahibinə əməliyyatlar aparmağa imkan verir.

Kriptopulqabı bir neçə kriptovalyutanı dəstəkləyir, onların açarları birbaşa implant edilmiş cihazda saxlanılır. Cihaz, həmçinin “Satochip” pulqabısını, “Seedkeeper” tətbiqini və müxtəlif blokçeynlərdə “Status IM” yaddaş kartı pulqabını dəstəkləyir.

“Apex”in qiyməti 349 dollardır.

Qeyd edək ki, “Apex” biohakinq sahəsindən olan bir məhsuldur – biohakerlər implant edilə bilən çiplərdən qapıları açmaqdan tutmuş alış-verişə qədər müxtəlif məqsədlər üçün istifadə edirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi