Dəmir maneə minik avtomobilini parça-parça etdi (Video izlə) 

Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında baş verib. İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.

Hadisə ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli bildirib ki, hadisə bu gün saat 10:55-də Hacıqabul-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən 65,5-ci kilometrliyində qeydə alınıb:

“Belə ki, “Oka” markalı nəqliyyat vasitəsinin sürücüsü 1967-ci il təvəllüdlü Əzizalıyev Nizami Hacıbaba oğlu idarəetməni itirib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Sürücü yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO