Qafqaztimes xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Antoni Blinkenin sionist rejimə dəstəyini şiddətli şəkildə qınayıb.
Suriya Xarici İşlər Nazirliyindəki bir mənbə, Dəməşqin Blinkenin işğal altındakı Qolanla bağlı açıqlamalarını qəti şəkildə rədd etdiyini söyləyib.
Rəsmi Suriya Xəbər Agentliyi (SANA) bu mənbəyə istinadən bu açıqlamaların ABŞ-ın sionist rejimə davamlı dəstəyi və davamlı təcavüzü istiqamətində olduğunu qeyd edib.
Suriya xarici işlər nazirliyi bildirib ki, Qolan təpələri Suriyaya aiddir və Suriyanın da qalacaqdır. Beynəlxalq qətnamələrdə də bu məsələ- Sionist rejimin bu bölgəni işğal etməsi rədd edilir.
Mənbə əlavə edib ki, keçmiş ABŞ rəhbərliyinin sionistlərin işğal altındakı Qolan Təpələrini işğal etmək qərarını qəbul etməsi, ABŞ tərəfindən beynəlxalq qətnamə və nizamnamələrin açıq şəkildə pozulmasının bir daha sübutudur.
O, həmçinin əlavə edib ki, Suriyanın işğal olunmuş Qolan təpələrini beynəlxalq hüquqa əsaslanan qanuni yollarla geri almaq üçün apardığı mübarizəsi haqdır və amerikalılar Dəməşqi bu hüquqdan məhrum edə bilməzlər.