Dəməşq aeroportunda 11 Sepah hərbçisinin şəhadət xəbəri yalandır

 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Dəməşq Hava Limanının bombalanması nəticəsində 11 SEPAH hərbi məsləhətçisinin şəhid olması ilə bağlı xəbəri təkzib edib.

Məşriq Newun məlumatına əsasən, general-mayor Ramzan Şərif bu gün (29 dekabr) elan edib: Bəzi informasiya qaynaqlarının Dəməşq Hava Limanının bombalanması nəticəsində SEPAH müşavirlərinin şəhid olması ilə bağlı iddia edən xəbərlər əsassızdır.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu – Sepahın Mətbuat Xidməti dekabrın 25-i axşam saatlarında bir açıqlamada Sepahın Suriyadakı peşəkar hərbi məsləhətçilərindən olan Seyid Rəzi Musəvinin şəhid olduğunu elan etmişdi.

Xatırladaq ki, Suriyanın müdafiə nazirliyi dekabrın 26-da işğalçı sionist rejimin Dəməşq və Hələb hava limanlarına hücum etdiyini və bu iki hava limanının fəaliyyətini dayandırdığını elan etmişdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya