Dəhşətli yanğın qaz anbarına ciddi ziyan vurdu (Video izlə)

Mərakeşin Məhəmmədiyyə limanındakı qaz anbarında cümə axşamı başlayan yanğın əraziyə xeyli maddi ziyan vurub.

İlkin qiymətləndirməni Mərakeş Milli Neft və Qaz Sənayesi İttifaqı verib.

Qaz anbarı şəhərin sənaye zonasında, Məhəmmədiyyə limanının yaxınlığında yerləşir.

Yanğından əvvəl güclü partlayış səsi eşidilib. Partlayışın və yanğının səbəbi hələ müəyyən edilməyib. Yanğınsöndürmə briqadaları yanğınla mübarizə aparır.

Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur.

01:46

Mərakeşdəki qaz anbarında yanğın baş verib.

Hadisə ölkənin Atlantik okeanı sahilində yerləşən Məhəmmədiyyə şəhərində qeydə alınıb.

Şəhər limanı yaxınlığındakı güclü yanğının görüntüləri sosial şəbəkələrdə yayılıb. Yaralananlar və ya həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur.

Ərazi mühasirəyə alınıb, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi