Dəhşətli tornado Türkiyədə evlərin damını göyə uçurdu – FOTO/ANBAAN VİDEO

Türkiyənin Erzurum vilayətində tornado binaların dam örtüyünü uçurub, ağacları kökündən çıxarıb və elektrik dirəklərini aşırıb. Nəticədə ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarəedilməsi Agentliyi (AFAD) xəbər yayıb.

Qurumdan verilən məlumata görə xəsarət alan olmayıb.

“Söyütlü məhəlləsində yeddi ev, bir məktəb, üç istixana, üç nəqliyyat vasitəsi və bir sıra təsərrüfata ziyan dəyib. Pasinler mahalının Gölciğez və Kevənlik məhəllələrində də qasırğa baş verib. Xəsarət alan olmayıb, ancaq evlərə ciddi maddi ziyan dəyib”, – deyə məlumatda vurğulanıb.

Yerli sakinlər sosial şəbəkələrdə tornadonun fəsadları ilə bağlı görüntülər yayıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi