DƏHŞƏTLİ QƏZA: TIR KamAzın üstünə aşdı – VİDEO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı 1963-cü il təvəllüdlü Mehmet Selim Uruz idarə etdiyi “TIR” markalı yük avtomobili ötmə əməliyyatı edərkən yolun əks istiqamətinə çıxıb.

Bu zaman “TIR” sürücüsü qarşıdan gələn avtomobil ilə qəza törətməmək məqsədi ilə hərəkətdə olan digər “KamAz” markalı yük avtomobilinin qoşma hissəsini vurub. Sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını yol kənarına aşıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, hər iki yük avtomobilinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir