Dəhşətli qəza: “Sürətlə hərəkət edən maşın DYP avtomobillərinə çırpıldı” (Video izlə)

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hava limanı istiqamətində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Toyota Corolla” markalı avtomobil DYP-nin xidmət maşınına çırpılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qəzada ölüm hadisəsinin olmadığını bildirib:

“Qəza ötən gün axşam saatlarında Buzovna yolu istiqamətində qeydə alınıb. Arxadan gələn “Toyota Corolla” markalı avtomobil, DYP-nin xidmət avtomobilinə çırpılıb. Ölüm və xəsarət yoxdur. Maddi ziyan var. Araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir