Dəhşətli hadisə: Dondurmanın içindən insan barmağı çıxdı – FOTO/VİDEO

Hindistanda kişi dondurmanın içində insan barmağı aşkar edib.

Mumbay şəhərinin (Hindistan) Malad rayonunun sakini onlayn dondurma sifariş etmək qərarına gəlib. Sifarişini alıb deserti dadmağa başlayanda o, əsl şok yaşayıb. Kişi dondurmanın içərisində insan barmağı görüb.

Qeyri-adi tapıntı ilə alıcı polisə müraciət edib. Dondurma istehsalçısına qarşı iş açılıb. Polis dondurma qabını və insan orqanını məhkəmə-tibb ekspertizasına göndərib.

“İnsan barmağının ölçüsü təxminən 1,5 santimetrdir”, – deyə kişi bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi