Dəhşətli görüntülər: Pişiyi öldürüb cəsədinə işgəncə verdi (Video izlə)

Azərbaycanda pişiyə işgəncə verilərək öldürülüb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, vətəndaş quşlarını yeyən pişiyi öldürüb və asıb.

Daha sonra heyvanın cəsədinə işgəncə edib. Həmin görüntüləri “TikTok” sosial şəbəkəsində yayıb.

 Heyvana qarşı bu cür əməl törədən şəxs Goranboy rayon sakinidir.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin rayon sakini Nizami Səlimov olması müəyyən edilib.

Goranboy RPŞ-də şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir