DƏHŞƏT: 3 il öncə itkin düşmüş 6 yaşlı uşağı yaşadığı evdə tapdılar – FOTOLAR

Nyu-Yorkda 3 il əvvəl itkin düşdüyü iddia edilən 6 yaşlı uşaq tapılıb.

3 il əvvəl ata və ana polisə 3 yaşlı qızın itkin düşdüyünü bildirib. Uzun zamandır aparılan axtarışlara baxmayaraq, uşağı tapmaq mümkün olmayıb. Hadisənin üstü qonşunun səyi nəticəsində açılıb. Məlumata görə, qonşuluqda yaşayan şəxs evdə şübhəli məqamın olduğu barədə polisə məlumat verib. Xüsusi axtarış qrupu evə cəlb edilib. Aparılan axtarışlar nəticəsində 6 yaşlı uşaq evin zirzəmisindəki sandığın içindən tapılıb. Sən demə, valideynlər uşağı zirzəmidə saxlayırmış. Uşağın səhhəti normaldır. Valideynlər polis tərəfindən nəzarətə götürülüb.

Related posts

Cəhənnəmin odunları

Nəsrullah: Düşmənə cavab vermək üçün konkret vaxt və məkandan danışmayacağam. Qəti xəbər sizin görəcəyiniz şeydir, eşidəcəyiniz deyil!

Pezeşkian: Bir olmadığımıza görə İsrail bu cinayətləri törətməyə cəsarət edir