Dəfn edilməyə aparılan qadın tabutda dirildi

Ekvadorda dəfninə hazırlıq görülən yaşlı qadının ölmədiyi məlum olub.

Belə ki, qadının yaxınları onun paltarını dəyişmək üçün tabutu açıb və qadının nəfəs aldığını müşayiət ediblər.

Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını qadını xəstəxanaya aparıb.

Qadın reanimasiyaya yerləşdirilib.

Onun oğlu mətbuata verdiyi açıqlamada bildirib ki, bir gün əvvəl anasını xəstəxanaya yerləşdirib. Bir neçə saat sonra həkim anasının öldüyünü bildirib. Qadına beyin ölümü diaqnozu qoyulub.

“Hətta bizə anamın həyatdan köçməsi ilə əlaqədar müvafiq sertifikat da verildi”, – deyə onun oğlu bildirib.

Oğlu hazırda anasının vəziyyətinin stabil olduğunu bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi