Culian Assanj azadlığa çıxdı – VİDEO

WikiLeaks founder Julian Assange boards a plane at a location given as London, Britain, in this still image from video released JUNE 25, 2024. "@wikileaks" via X/Handout via REUTERS

“WikiLeaks”in rəhbəri Culian Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından çıxaraq ölkəni təyyarə ilə tərk edib.

Bu barədə “WikiLeaks” məlumat yayıb.

“O, 1901 gün keçirdiyi Belmarşı iyunun 24-ü səhər tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində buraxıb. Assanj Stansted aeroportuna gedib, təyyarə ilə Böyük Britaniyanı tərk edib”, – təşkilatın “X” hesabında qeyd olunub.

“WikiLeaks”, həmçinin, Assanjla ABŞ prokurorluğu arasında günahın etirafına dair razılığa gəlindiyi barədə ABŞ məhkəməsinin məlumatını təsdiqləyib. Buna rəğmən, təşkilat qeyd edib ki, razılıq hələ tam deyil.

Bir müddət öncə Şimali Marian Adalarının (ABŞ ərazisinə daxildir) Federal Dairə Məhkəməsi həmin razılaşma çərçivəsində Assanjın günahının bir hissəsini etiraf edə biləcəyinə dair sənəd dərc etmişdi. NBC telekanalının məlumatına görə, bu, Assanja beş ildən sonra azadlığa çıxmaq şansı verir.

Assanjın ittihamın müəyyən hissəsini qəbul edə biləcəyi məhkəmə iclası Saypan adasında yerli vaxtla 26 iyun saat 9:00-da (Bakı vaxtı ilə 3:00) baş tutacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi