Culaninin Bakıda israilli rəsmilərlə görüşdə iştirakı

İsrail mənbələri Suriyalı və israilli rəsmilər arasında Bakıda baş tutmuş birbaşa görüş barədə məlumat yayıblar və bildiriblər ki, bu görüşlərdən ən azı birində Əhməd əş-Şaraa (Culani) də iştirak edib.

Təsnim xəbər agentliyinin beynəlxalq şöbəsinin verdiyi xəbərə görə, İsrail rejiminin Suriyanın ərazisinə gündəlik hava hücumları davam etdiyi və bu rejimin hərbi təyyarələrinin dəfələrlə Suriya hava məkanını pozduğu bir vaxtda, tərəflər arasındakı təmaslar və danışıqlar gündən-günə genişlənməkdədir. Bu təmaslar təkcə vasitəçilər üzərindən deyil, birbaşa və vasitəsiz şəkildə həyata keçirilir.

Bir neçə ivritdilli media orqanı Suriyalı və israilli rəsmilər arasında baş tutmuş gizli görüşlərin üstünü açıb. “i24 News” telekanalı açıqlayıb ki, Suriyaya nəzarət edən qrupun lideri Əhməd əş-Şara (Əbu Məhəmməd Culani), hər iki tərəfin rəsmilərinin Azərbaycan Respublikasında keçirdiyi iclaslardan ən azı birində iştirak edib. Coulani dünən, şənbə günü, rəsmi səfərlə Bakıya gəlib və eyni vaxtda İsraildən bir nümayəndə heyəti də Azərbaycan Respublikasına yollanıb.

Bu arada İsrailin 14-cü televiziya kanalı diplomatik mənbələrə istinadən xəbər verib ki, Əhməd əş-Şaraanın Bakıya səfəri ilə eyni vaxtda bu şəhərdə Suriyalı və israilli rəsmilər arasında görüş baş tutub. Bu kontekstdə “The Times of Israel” qəzeti də məlumatlı bir mənbəyə istinadla yazıb: “Əhməd əş-Şaraanın Azərbaycan Respublikasına səfəri çərçivəsində Suriyalı rəsmi şəxs ilə israilli rəsmi şəxs arasında görüş keçiriləcək.”

Digər tərəfdən, “Kan” telekanalı məlumat yayıb ki, Knessetin Xarici İşlər və Təhlükəsizlik Komitəsinin üzvləri yeni Dəməşq hökuməti ilə bu cür birbaşa görüşlərin baş verdiyindən xəbərdardırlar və bu məsələ İsrailin təhlükəsizlik dairələrində müzakirələrə səbəb olub.

İvritdilli media orqanları bundan əvvəl də Dəməşqlə Təl-Əviv arasında münasibətlərin normallaşdırılması üzrə razılaşmanın bu ilin sonuna qədər yekunlaşa biləcəyini ehtimal edirdilər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib