Cozef Borrel etiraf etdi

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi bu gün Brüsseldə AB XİN-nin toplantısından öncəki müsahibəsində SEPAH-ın terrorçular siyahısına salınma qərarı barədə deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Avropa İttifaqı məhkəməsi tərəfindən bu barədə müvafiq qərar verilmədən terrorçu qurumlar siyahısına daxil edilə bilməz.

Cozef Borrel AP qərarının pərdə arxasındakı “təhlükəli sirr”ini ifşa edərək deyib ki, bu məsələ məhkəməsiz, ilk növbədə məhkəmə qərarı olmadan həll edilə bilməz. Siz deyə bilməzsiniz ki, “sizdən xoşum gəlmədiyim üçün mən sizi terrorçu hesab edirəm”.

Qeyd edək ki, C.Borrelin bu sözləri AP-nin məqsəd və arqumentlərinin puç olduğunu, üzvlərinin beynəlxalq lobbilərə xidmət etdiklərini, İran dövləti və xalqı əleyhinə nifrət toxumu əkmək istədiklərini   göstərir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib