Livan ordusunun komandiri Cozef Aun ölkənin yeni prezidenti seçilib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Livan parlamentariləri bu gün (9 yanvar) keçirilən sessiyanın ikinci turunda ölkənin ordu komandanı Cozef Aunu 99 səslə ölkənin yeni prezidenti seçiblər.
Cozef Aun 2017-ci ildə general rütbəsinə yüksələrək Livan Silahlı Qüvvələrinin komandanı təyin edilib.
Cozef Aun prezidentliyə yüksələn son Livan hərbi xadimidir və ondan əvvəl Fuad Çehab və Mişel Süleyman da ordudan prezident sarayına keçmişdi. Bununla belə, Livanın bəzi partiyaları, o cümlədən Cebran Bassilin rəhbərlik etdiyi Azad Milli Hərəkat hərbçinin prezident seçilməsinin konstitusiyaya zidd olduğunu düşünür.
Bəəbda Sarayı (Livanın prezident sarayı) təxminən iki il yarım (30 oktyabr 2022-ci il tarixindən) keçmiş prezident Mişel Aunun səlahiyyət müddəti bitdikdən sonra, Livanda prezident boşluğu bu gün rəsmən başa çatdı və Cozef Aun təyin edildi.
1 şərh
Hello there! This blkog posxt couldn’t be wtitten aany better!
Reaeing througgh thnis article reminds mme oof mmy previous roommate!
He conttinually kepot talking about this. I amm going too
fodward this information tto him. Fairly cewrtain he’ll have a
golod read. Thanks for sharing!