COVİD-19: Çox təhlükəli ştamm qeydə alınıb!

QafqazTimes.com TASS-a istinadən xəbər verir: Britaniya virusoloqları koronavirusun çox təhlükəli yeni ştammı barədə açıqlama verib. Yeni B.1.1.529 ştammında 32 mutasiya aşkarlanıb. Hazırda cəmi 10 yoluxma qeydə alınıb. 3 yoluxma Botsvana, 6 yoluxma Cənubi-Afrika Respublikası, bir yoluxma Hinkonqda təsdiqlənib. Yeni ştamm barədə London İmperiya kollecinin virusoloqu Tom Pikok Twitter səhifəsində yazıb. Alimin sözlərinə görə yeni ştamm əvvəlkilərdən qat-qat təhlükəlidir. Bu ştamm bütün vaksinlərin maneəsini aşa bilər. Yenə də yeganə çıxış yolu etibarlı maskadır!

Related posts

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir

BMT baş katibi İraq XİN-i ilə region hadisələrini müzakirə etdi