Corc Floydun şəhərində Amerika polisi tərəfindən daha bir qaradərilinin qətli + Video

QafqazTimes xəbər verir ki, 22 yaşlı bir qaradərili çərşənbə günü gecə Minneapolis şəhər polisinin xüsusi təyinatlı qrupu tərəfindən mənzilinə basqın zamanı güllələnərək öldürülüb.

Minneapolis Polis Departamenti cümə axşamı günü Əmir Lak adlı bir şəxsin evində yatdığı yerdə polis tərəfindən basqına məruz qaldığını göstərən video yayımlayıb.

Videoda polisin qanını açarla açaraq onun mənzilinə daxil olması və ona yerə uzanmağını əmr etmələri müşahidə olunur. Daha sonra zabitlərdən biri onun uzandığı divana təpik atır və qaradərili gəncin əlində tüfəng olduğunu görən polislər dərhal ona üç güllə atır.

Lakın vəkilləri onun qətlini Bruno Taylor və Corc Floydun qətli ilə müqayisə edərək bildiriblər ki, mövcud məlumatlar onların müvəkkili haqqında heç bir polis axtarışına order verilmədiyini göstərir. Şəhər polis rəisi Hoffman da təsdiqləyib ki, onun adı qətllə bağlı polisin axtarış qərarında qeyd edilməyib. Vəkillərin sözlərinə görə, o indiyədək heç bir cinayət məsuliyyətinə cəlb olunmayıb və qətlə yetirilən zaman qanuni olaraq odlu silaha sahib olub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib