Corc Buş Priqojinlə fotosunu görüb şoka düşdü – FOTO

Corc Buş Yevgeni Priqojinin “ona yemək verən oğlan” olduğunu biləndə şoka düşüb.

Jurnalistlər ABŞ-nin keçmiş prezidentinə Priqojinin ölümünün onu nə dərəcədə təəəcübləndirdiyini soruşublar.

“Xeyr, məni şoka salan odur ki, ötən gün Sankt-Peterburqda keçirilən G8 sammitindən bir fotoşəkil gördüm. Orada Priqojin mənə yemək verən oğlan idi. Tək bildiyim odur ki, sağ çıxdım”, – deyə kiçik Buş bildirib.

Qeyd edək ki, şəkil 2006-cı ildə Sankt-Peterburqda çəkilib. Priqojin Putinlə şam yeməyi zamanı Buş və onun həyat yoldaşına xidmət edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi