Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ dövlət departamenti Heyət Təhrirəş Şamın lideri haqqında gizli məlumatlar üçün təyin etdiyi 10 milyon dollarlıq mükafat hələ öz qüvvəsindədir.

Əl Aləm telekanalının məlumatına əsasən, Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən axşam (18 dekabr) deyib: Ümumi auditoriyanın fikrini nəzərə alaraq artıq Məhəmməd Colaninin gizləndiyi yer barədə məlumata ehtiyac yoxdur. Amma onun barəsində məxfi informasiyalar üçün təyin etdiyimiz 10 milyon dollar mükafat hələ də öz qüvvəsindədir.

2024-cü ilin son mətbuat konfranslarını verən Metyu Miller həmçinin jurnalistin belə bir sualı ilə qarşılaşıb: Sizin sözlərinizdən belə çıxır ki, hər hansı bir ABŞ rəsmisi Suriyaya gedib Məhəmməd Colani ilə görüşərsə, onun yerini bilir və o, bu mükafatı alacaqmı? Miller kinayəli gülüşü ilə cavab verib: ABŞ dövlətinin heç bir rəsmisi bu mükafat üçün belə bir işi görməz.

Qeyd edək ki, ABŞ dövləti 2017-ci ildə HTŞ lideri Məhəmməd Colaninin gizləndiyi yeri tapmaq üçün 10 milyon dollar mükafat təyin etmişdi.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

ABŞ: Qəzzədə atəşkəs zəruridir

BMT baş katibi İraq XİN-i ilə region hadisələrini müzakirə etdi