Colani Rusiyadan Bəşər Əsədi təhvil verməsini istəyib.

Rusiyanın yüksək rütbəli nümayəndə heyəti Dəməşqdə əl-Colani ilə görüşüb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dünən Dəməşqdə Əbu Məhəmməd əl-Colani ilə görüşüblər.

Suriya mətbuatı Rusiya nümayəndə heyətinin Suriyada müsbət irəliləyişlərə dəstək verdiyini vurğuladığını yazıb.

Suriyalılar Rusiya nümayəndə heyətindən təzminat və Suriya ərazilərinin yenidən qurulması kimi əməli tədbirlər görməyi istəyiblər.

Rusların Əbu Məhəmməd Əl-Culani ilə görüşü üç saat davam edib.

Bu görüşdən sonra Reuters saytı suriyalı mənbəyə istinadən iddia edib ki, Colani Moskvadan Bəşər Əsədi təhvil verməsini istəyib.

Kremlin sözçüsü Rusiyadan Əsədin geri qaytarılması və təzminat ödənilməsi tələb olunub-olunmaması ilə bağlı suala cavab verməkdən imtina edib.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib