Colani: İran ictimaiyyəti ilə problemimiz yoxdur

Colani: İran ictimaiyyəti ilə problemimiz yoxdur

Suriya Siyasi Administrasiyasının  lideri İran ictimaiyyəti ilə düşmənçiliyinin olmadığını deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Heyət Təhrir əş-Şam təşkilatının lideri Əbu Məhəmməd Colani bu gün (14 dekabr) deyib: Suriya hakimiyyətini idarə edən müxalifətin İran cəmiyyəti ilə heç bir düşmənçiliyi yoxdur. İranlılar Suriyanı tərk etdikdən sonra hər hansı bir xarici ölkənin bura müdaxilə etməsi üçün dəlil yoxdur. Hətta İsrailin belə Suriyaya daxil olması üçün əsası yoxdur. Çünki İsrail Suriyaya İranın burada olması səbəbilə bəhanələr gətirirdi.

Colani həmçinin iddia edib: İsraillə konflikt yaratmaq ardınca deyilik. Rusiyaya da Suriya ilə əlaqələrinə yenidən baxması üçün bir fürsət verdik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib