Colani: Artıq Suriyada müharibə olmayacaq

Colani: Artıq Suriyada müharibə olmayacaq

Suriyanın Heyət Təhririş Şam müxalifət lideri artıq Suryada heç bir müharibənin olmayacağını deyib.

İRNA-nın məlumatına əsasən, Məhəmməd Əl Colani dünən axşam (10 dekabr) İngiltərənin Sky News kanalına verdiyi müsahibəsində deyib: Suriya vətəndaşları uzun illərdir ki, müharibənin ağır yükündən yorulub və mən bir daha bu ölkədə müharibə olmasına icazə verməyəcəyəm.

Colani əlavə edib: Suriya xalqı bir daha müharibə yaşamayacaq, bir daha bu ölkəyə müharibə daxil olmayacaq.

Xatırladaq ki, dekabrın 8-i səhər saatlarında Suriya ordusunun baş qərargahı bəyanat yayaraq Bəşər Əsəd hökumətinin devrildiyini elan edib.
Suriya ordusu baş qərargahı bəyanatı Dəməşqin silahlı qruplar tərəfindən tutulmasından və Bəşər Əsədin Suriyanı tərk etməsi xəbərindən sonra dərc edilib.
Bəşər Əsədə müxalif silahlı qruplar bir neçə saat əvvəl Dəməşqə daxil olaraq Suriya paytaxtına nəzarəti ələ keçirib.

Related posts

Qanımızın hər damcısı ilə əhd bağlamışıq ki, sona qədər xalqın yanında qalaq və heç vaxt meydanı tərk etməyək.

Yəmənin hipersəs raketlər ilə işğalçı rejimin Hərbi Nazirliyinə uğurlu hücumu

Roma Papası: Fələstinlilər üçün humanitar vəziyyət utandırıcıdır