Çökmə olan univermaqda söküntü aparılır – FOTO

Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda söküntü işlərinə başlanılıb.

Bir müddət öncə həmin ticarət mərkəzində qeydə alınan çöküntüdən sonra binadakı artırmaların sökülməsinə qərar verilib. Artıq əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda söküntü davam etdirilir və univermaq işçiləri binaya buraxılmırlar.

Qeyd edək ki, ötən aylarda univermağın üzərində əlavə iki mərtəbə inşa edilmişdi. Həmçinin, binanın ətrafına da artırmalar tikilmişdi.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir