Coca-Cola İsrailə dəstək verdiyi üçün üzr istədi

Coca-Cola İsrailə dəstək verdiyi üçün üzr istədi

Banqladeşdə məşhur bir aktyorun iştirakı ilə sionist rejiminə dəstək verdiyi üçün üzrxahlıq reklamı çəksə də məqsədinə nail ola bilməyib.

Əl Aləm telekanalının məlumatına əsasən, 7 oktyabrdan sonra dünyada İsrail mallarına boykot çərçivəsində Coca-Colaya qarşı münasibət dəyişib və bu qazlı içki firmasının iqtisadi təzyiqlər yaşamasına səbəb olub.

Sosial media vasitəsilə yayımlanın müxtəlif informasiyalar Coca-Colanı məşhur asiyalı aktyorun iştirakı ilə üzrxahlıq videosu çəkməyə vadar edib. Amma bunun də nəticəsi olmayıb.

Bir çox dünya şirkətləri İsrail rejimi ilə dostluq əlaqələri zəminində onlara dəstək verir və investisiya qoyuluşlarını daha da artırırdı. Amma Əl Əqsa Tufanı əməliyyatından sonra bu boykot çağırışları onların şəxsi mənafeyinə də zərbələr vurmağa başlayıb.

Vaşinqton Post qəzetinin verdiyi məlumata görə Star Bucks, Coca-Cola, KFC, Mc.Donalds və bu kimi məşhur şirkətlər İsrail əleyhinə boykot kampaniyaları nəticəsində maddi ziyanlarla qarşı-qarşıyadır.

Qeyd edək ki, Banqladeşin məşhur artisti Şərəf Əhməd Jibon reklam filmində Coca-colanın İsrail malı olmadığını və islam ölkələri ilə əlaqədə olduğunu sübut etməyə çalışır.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir

1 şərh

cagngqffjj Oktyabr 24, 2024 - 5:44 axşam

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment