Co Bayden Putini “müharibə cinayətkarı” adlandırdı

QafqazTimes xəbər verir ki, ABŞ prezidenti Co Bayden bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi mühakimə olunmasına çağırış edərək bildirib ki, Rusiya ordusunun Ukraynadakı cinayəti barədə məlumat sonra Moskvaya qarşı daha çox sanksiyalar tətbiq edəcəyik.

O, deyib: “Buçada nə baş verdiyini gördünüz. Putin bir hərbi cinayətkardır!”

Bayden həftə sonu tətilindən qayıtdıqdan sonra jurnalistlərə deyib: “Biz Ukraynanı müharibə üçün lazım olan silahlarla təmin etməyə davam etməliyik və müharibə cinayətləri ilə bağlı mühakimə işini başlatmaq üçün bütün təfərrüatları toplamaq lazımdır.”

Putini “amansız” kimi xarakterizə edən ABŞ prezidenti əlavə edib: “Buçada baş verənlər qəddarcasına idi və bunu hamı görür.”

Rusiya Müdafiə Nazirliyi şənbə günü bu məlumatı təkzib edərək elan edib ki, Rusiya Silahlı Qüvvələri martın 30-da Kiyev vilayətinin Buça kəndini tamamilə tərk edib və təxliyyədən dörd gün sonra Ukrayna təhlükəsizlik qüvvələri şəhərə daxil olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib