Çinli hakerlər ABŞ infrastrukturlarına kiberhücum etdi

Qərb təhlükəsizlik orqanları və Microsoft şirkəti Çin dövlətinə aid hakerlərin ABŞ kəşfiyyat təşkilatlarına geniş miqyaslı kiberhücumlardan xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Routers bu gün (25 may) iddia edib ki, Amerikanın hərbi və təhlükəsizlik saytları hakerlərin hədəfinə məruz qalıb.

Məlumata əsasən, hakerlər bir çox rabitə qovşaqları, logistik saytları və digər önəmli orqanlarının informasiyalarını da əldə ediblər.

Amerikanın NSA təhlükəsizlik agentliyi FBİ-la birlikdə Kanada, İngiltərə və Yeni Zellandiya əməkdaşları ilə bu problemin həllinə çalışırlar.

Routersin məlumatına görə çinli hakerlərin bu hücumu Amerika tarixində ən böyük kiberhücum hesab edilir.

Microsoft bu haker qrupunu “Volt Tufanı” adlandırıb və onların 2021-ci ildən fəaliyyət göstərdiyini, bu günə kimi müxtəlif infrastrukturlara olan geniş mmiqyaslı hücumlarının olduğunu elan edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib