Çinin kosmik gəmisi Ayın əks tərəfinə endi

Çinin “Çane-6” kosmik gəmisinin eniş modulu Ayın əks tərəfində təyin olunmuş Cənub Qütbü-Eytken bölgəsinə uğurla enib.

Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Məlumata görə, cihaz Ay nümunələri toplamaq üçün nəzərdə tutulub.

“Queqiao-2” retranslyator peykinin dəstəyi ilə “Çane-6″ eniş aparatı Cənub Qütbü-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş edib”, – məlumatda deyilib.

Xatırladaq ki, mayın 3-də Çin Haynan adasının şərq sahilindəki “Vençan” kosmodromundan CZ-5 Y8 daşıyıcı raketindən istifadə edərək “Çane-6″nı kosmosa çıxarıb.

Missiyanın 53 gün davam edəcəyi gözlənilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi