Çinin istehsal etdiyi maşınların müsbət və mənfi cəhətləri bunlardır – FOTO

Avtomobil bazarında getdikcə daha çox Çin markası görünməyə başlayıb. Son 20 il ərzində onlar uzun bir yol qət ediblər – keyfiyyətləri getdikcə yaxşılaşır, lakin xarakterik “xəstəlikləri” var.

Bu barədə Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Haytsyeer danışıb.

Ekspertin sözlərinə görə, Çin avtomobilləri müasirdir, əla dizaynlıdır, bununla belə qiymətləri əlçatandır. Ancaq onların qiymətinin aşağı olması çoxlarının düşündüyü kimi təkcə kütləvi istehsalla bağlı deyil, həm də istehsal zamanı qənaətə (nazik metallar, aqreqatlar və s.) görədir.

“Məsələn, bəzən qutu ilə mühərrik arasında qeyri-kamil əlaqə olur, çünki bu ciddi mühəndislik işidir (hansı ki, avropalılar uzun illərdir bunun üzərində çalışırlar). Eyni şey asqıya da aiddir”, – deyə Haytsyeer əlavə edib.

O da vurğulanıb ki, Çin istehsalı olan avtomobillərin istismar təcrübəsi kiçikdir, ona görə də onların nə qədər davamlı, təmirədayanıqlı və tələbsiz olduğu hələ məlum deyil.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi