Çinin G-20 təyyarəsi ilk dəfə ABŞ-ın F-35 təyyarəsi ilə üz-üzə gəldi

QafqazTimes xəbər verir ki, xəbər mənbələri Amerika F-35 qırıcılarının bu ilin mart ayında Sakit Okean üzərində Çinin beşinci nəsil G-20 qırıcısı ilə ən azı bir dəfə yaxından qarşılaşdığını bildiriblər.

“Real Clear Defense” saytının məlumatına görə, bu qarşıdurmadan sonra ABŞ ordusunun Sakit okean Hərbi Hava Qüvvələrinin komandanı bu qırıcının fəaliyyətini müsbət qiymətləndirib.

ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanı general Kennet Vilsbək deyib: “G-20 ilə nə etməyi planlaşdırdıqlarını söyləmək hələ tezdir. Onların yaxşı uçduqlarını gördük. Bu yaxınlarda Şərqi Çin dənizində F-35 qırıcılarımız və Çinin G-20 qırıcıları ilə qarşıdurma yaşadı və qırıcılar bir birinə yaxınlaşdı.”

Bir müddət əvvəl “China Morning Post” saytı ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil G-20 qırıcıları ilə qarşıdurmanın bəzi sirlərini öyrənmək üçün onun maketini düzəltdiyini və öz hava bazalarından birində yerləşdirdiyini yazmışdı.

Bu arada ABŞ hərbi rəsmiləri təlim məqsədləri üçün G-20 qırıcı təyyarəsi ilə eyni ölçüdə bir nüsxənin hazırlandığını açıqladılar ki, analitiklər bunu Vaşinqtonun Çinin hava qüvvələrindən artan qorxusunun göstəricisi hesab edirlər.

Qeyd edək ki, ABŞ istehsalı olan “F-35” qırıcısının əsas rəqibi kimi G-20 qırıcısının adı çəkilir və ekspertlər hesab edirlər ki, ABŞ ordusu Çin Hərbi Hava Qüvvələrini, xüsusən də G-20 qırıcısını əhəmiyyətli təhlükə hesab edir.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur