Çində zooparkdan qaçış viral oldu – VİDEO

Sosial şəbəkələrdə küçədə dəvəquşu ilə motosikletli polisin “yarışının” görüntüləri yayılıb.

Məlumata görə, hadisə Çinin Çjençjou şəhərində baş verib.

Bildirilir ki, dəvəquşu zooparkdan qaçıb. Polis də onun təqibinə başlayıb. Ancaq “idman həvəskarı” quş asayiş keşikçisi ilə yarışa başlayıb.

Qeyd olunur ki, nəhayət, qaçaq ələ keçib və zooparka qaytarılıb.

Dəvəquşunun zooparkı necə tərk etməsi məlum deyil.

Görüntü sosial şəbəkələrdə viral olub. İstifadəçilər baş verənləri “DreamWorks Animation” studiyasının istehsalı olan və zooparkdan qaçan heyvanlardan bəhs edən məşhur cizgi filmi “Madaqaskar”dakı hadisələrə bənzədiblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi