Çində xəstəxanada yanğın: Azı 21 nəfər ölüb – FOTO

Pekinin Çanqfenq xəstəxanasında yanğın baş verib.

Xilasedicilər stasionar şöbənin şərq qanadında yanğın barədə məlumat alıblar. Dərhal hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis gəlib.

Ən az 21 nəfərin öldüyü, daha 71 xəstənin təxliyə edildiyi məlum olub.

Hadisə şahidi bildirib ki, tüstüdən və yanğından xilas olmağa çalışan çoxlu sayda insan binanın pəncərələrindən çıxıb.

Artıq yanğın tamamilə söndürülüb.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi