Çində “qırmızı” təhlükə səviyyəsi elan edildi – VİDEO

Çinin cənubundakı Quanqdun təbii fəlakətin əsarətindədir. Vilayətin Şençjen şəhərində güclü yağışlar səbəbindən “qırmızı” hava təhlükəsi səviyyəsi (ən yüksək) elan edilib.

Bu barədə yerli meteorologiya bürosundan xəbər verilib.

Hesabatda, həmçinin qeyd olunub ki, aprelin 1-dən aprelin 23-dək vilayətin 14 şəhərində düşən yağıntının miqdarı aprelin yerli rekordundan çox olub.

Xatırladaq ki, Çində bir neçə gün davam edən leysan son 50 ilin ən böyük daşqınına səbəb olub. 100 mindən çox insan təxliyə edilib, 1,16 milyona yaxın sakin işıqsız qalıb, məktəblər bağlanıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi