Çində insansız zavod işə başlayacaq: Saniyədə bir smartfon – VIDEO

Çinin məşhur brendlərindən olan “Xiaomi” yeni nəsil smartfonların istehsalı üçün heç bir insan müdaxiləsi olmadan işləyən zavod açır.

Bu barədə şirkətin baş direktoru Ley Jun bildirib.

“Ağıllı fabrik” tezliklə Pekində fəaliyyətə başlayacaq və planlaşdırıldığı kimi sutkada 24 saat işləyəcək. Burada robot maşınlar bir-biri ilə qarşılıqlı əlaqədə olacaq, tozları özləri təmizləyəcək və məhsulların keyfiyyətini yoxlayacaqlar. Zavodun saniyədə bir, gündə 86,4 min smartfon istehsal edə biləcəyi planlaşdırılır.

Xiaomi bu layihəyə 2,4 milyard yuan (təxminən 561 milyon manat) xərcləyib. Bununla belə, şirkət qeyd edir ki, Pekində “ağıllı fabrik”in açılması yalnız ilk addımdır və gələcəkdə bu sahə genişlənəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi