Çin XİN başçısı Fələstini BMT-də rəsmi üzv olaraq qəbul etdiyini vurğulayıb.

İRNA-nın Global Times-ə istinadən verdiyi məlumatına əsasən, Vanq Yi bu gün (18 aprel) Fələstini müstəqil bir dövlət kimi tanıdığını və BMT-də nümayəndəsinin olma hüquqlu bir ölkə kimi dəstəklədiyini qeyd edərək deyib: İsrail-Fələstin konfliktinin insani faciələr yaratdığı göz qabağındadır və Çin dövləti Qəzzədə dərhal atəşkəs rejiminin bərpası və humanitar yardımların çatdırılma mexanizminin yaranmasını istəyir.

Məlumata görə ötən həftə də Çin XİN sözçüsü Mao Ning mətbuat konfransında Fələstinin BMT nümayəndəliyinə daxil olmasını dəstəklədiyini elan etmişdi.

Fələstin Özünüidarə Təşkilatı son günlərdə rəsmi surətdə BMT Təhlükəsizlik Şurasına üzvlük haqda ərizə təqdim edib. 201-ci ildə də bu tələblə müraciət etmişdi.

Mao Ning həmçinin əlavə edib: İsrailin Qəzzəyə hücumu və şiddətli qıtlıq və humanitar çatışmazlıq çox acınacaqlı vəziyyətdədir. Elə bu cəhətdən də müstəqil Fələstin dövlətinin qurulması ilə tarixi ədalətsizliyə son qoymaqla uzun illər zülmə düçar qalmış fələstinlilərin haqqını vermək gərəkdir.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu