Çin Tehranın İsrailin təcavüzünə cavab vermək üçün qanuni hüququnu dəstəkləyir

Qafqaztimes xəbər verir ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni X sosial şəbəkəsində Çinin xarici işlər naziri ilə telefon danışığına toxunaraq, Tehranın regionun sabitlik və təhlükəsizliyini təmin etmək üçün sionist rejimin təcavüzünə adekvat cavab vermək üçün qanuni haqqı olduğunu vurğulayıb.

Baqeri Kəni əlavə edib: Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığında son regional hadisələr, o cümlədən uşaq qatili sionist rejimin Qəzzə zolağından kənarda gərginliyin miqyasını genişləndirmək üçün Livan və Yəməndə təhlükəli hərəkətləri ilə bağlı və Şəhid Həniyyənin Tehranda şəhid edilməsi haqda söhbət etdim.

Çinin xarici işlər naziri də öz növbəsində İranın suverenliyini, təhlükəsizliyini və milli şərəfini müdafiə etmək üçün qanuni səylərini dəstəkləyib və regionda sülh və sabitliyin qorunması üçün İranla yaxın əlaqələr qurmaq arzusunda olduğunu bildirib.

Vanq Yi bu sui-qəsdi qətiyyətlə pisləyərək vurğulayıb ki, Çin sionist rejimin bu hərəkətinin beynəlxalq münasibətləri tənzimləyən əsas normaları ciddi şəkildə pozduğuna inanır.

Həmçinin, tərəflər beynəlxalq ictimaiyyətin Qəzzə qətliamını dayandırmaq üçün birgə səylərinin zəruriliyini vurğulayıblar.

Alalam

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur