Çin kosmosda su axtarır

Çinin gələcək “Chang’e 7” missiyasının roveri Ayın işıqlandırılmayan bölgəsinə səfər edəcək.

Ölkənin müvafiq qurumları tərəfindən açıqlanan planlara görə, “Chang’e 7” missiyasının eniş aparatı Ayın cənub qütbünün işıqlanan ərazisinə enəcək. Bundan sonra, eniş vasitəsini tərk edən kiçik rover daim kölgədə olan kraterə doğru yol alacaq.

Rover nümunələri toplamaq üçün Ay torpağını qazacaq. Manipulyatordan istifadə etməklə götürülən nümunələr analiz üçün xüsusi aparata qoyulacaq və bu, nümunələrdə su olub-olmadığını müəyyən etməyə imkan verəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi