Çin kosmik obyektə zərbə endirəcək – FOTO

Çin planetlərin müdafiəsi vasitələrinin sınaqları çərçivəsində Amerikanın DART missiyasının uğurunu təkrarlamağı planlaşdırır.

Bu barədə Çin Dərin Kosmik Tədqiqatlar Laboratoriyasının alimləri açıqlama veriblər.

Bildirilib ki, 2025-ci ildə kosmosa eyni anda iki qurğu yola düşəcək və onlar Yerə yaxın olan “2019 VL5” asteroidinə doğru uçacaqlar. Qurğulardan biri asteroidi tədqiq edəcək, ikincisi isə uçuş sürətini dəyişmək üçün kosmik qayaya zərbə endirəcək. 

Beləliklə də Çin potensial təhlükəli asteroidlərə qarşı planetlərin müdafiə vasitələrini sınaqdan keçirən dünyada ikinci ölkə olacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi