QafqazTimes.com Ria-ya istinadən xəbər verir: Çin Əfqanıstana milyon doza vaksin hədiyyə edib. Əfqanıstanın Çindəki səfiri Cavid Əhməd Qaim deyib: Çin Əfqanıstana COVİD-19-a qarşı 1 milyon doza vaksin və 1,6 milyon şprits hədiyyə edib. Yükü təhvil alıb Əfqanıstana yola saldım.
Çin Əfqanıstana daha bir humanitar yardım yükü hazırlayır. Az əvvəl Sinxua xəbər agentliyi bildirmişdi ki, Çin Əfqanıstana ilkin ehtiyac duyulan min ton yük göndərib. Hazırda Əfqanıstana 15 avqustda Kubala daxil olmuş Taliban nəzarət edir. 31 avqustda ABŞ hərbçiləri 20 illik işğala son qoyaraq ölkəni tərk edib. Taliban terrorçu fəaliyyətlərdə ittiham edildiyi üçün BMT-nin sanksiyalarına məruz qalıb.