Ciddədə bin Salmana qarşı “Tağuta ölüm” şüarları

QafqazTimes xəbər verir ki, Səudiyyə rəsmilərinin Ciddə sakinlərinin evlərini dağıdaraq, onları zorla köçürmələri əhalinin qəzəbinə səbəb olub, vəziyyət o həddə çatıb ki, etirazçılar Ali Səud rejiminə qarşı şüarlar yazaraq öz etirazlarını bildiriblər.

“Saudi Leaks”in məlumatına görə, bir çox etirazçılar Ciddədə məhv olmaq təhlükəsi ilə üzləşmiş bir məhəllənin görüntülərini yerləşdiriblər ki, orada Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın üzərində “Tağuta ölüm” şüarı yazılan fotoları yer alıb.

Ciddə şəhərinin iyirmidən çox məhəlləsi, o cümlədən “Zəhəban”, “Əl-Əziziyyə”, “Əl-Rəvabi”, “Həy əs-Səlamə”, “Qəlil” və “Həy Ən-Nəzhə” məhəllələri dağıdılmaq təhlükəsi ilə üz-üzədir.

Səudiyyə rəsmiləri mədəni, dini və ictimai abidələri dağıdıb. Bir çox səudiyyəli fəal sosial mediada söküntülərin məscidlər, məktəblər və xəstəxanalara da şamil olacağını elan edib.

Mənbələrin bildirdiyinə görə, Ciddədə evlərin sökülməsi bir çox ailəni köçkün vəziyyətinə salıb, onların bir çoxu yaxınlıqdakı kəndlərə köçüb, bəziləri isə körpülərin altında yaşayırlar.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))