Tehran-Riyaz sazişi Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Vilyam Bornsun əsəblərini gərib və o, ərəbistan vəliəhdi ilə söhbətində hisslərini gizlətməyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ mediaları Vilyam Bornsun Məhəmməd Bin Salmana zəng edərək əsəbi halda deyib ki, Vaşinqton hələ də Qərbin sanksiyasında olan İran və Suriya ilə barışma xəbərindən şokdadır.
Verilən məlumata görə İran və Riyaz XİN başçıları dünən (6 aprel) Pekində görüşərək müxtəlif zəminlərdə əməkdaşlıq aspektlərini müzakirə edib və bir neçə müqavilə və saziş imzalayıblar. Həmçinin bu görüşdə Məşhəd və Ciddə şəhərlərində İran və Səudiyyə Ərəbistanı səfirliyinin açılması məsələsinin aspektləri də gündəmdə olub.