CİA açıq-qşkar rusiyalıları casusluğa dəvət edir

Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyi CİA rusiyalıları casusluğa dəvət istiqamətində yeni cəhdləri ilə gündəmə gəlib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, rəsmi Vaşinqton Telegram sosial şəbəkəsi vasitəsilə təşviqatçı videolar paylaşmaqla Rusiya əleyhinə casus cəzb etməyə cəhd göstərir.

Məlumata görə dünən (15 may) CİA rəsmi olaraq Telegram kanalını təqdim edərək içində rusiyalıları casusluğa dəvət edən videolar paylaşıb.

Rus dilində olan bir vedoçarxlardan birində Rusiya yüksək çinli rəsmiləri və iqtisadiyyatı barədə informasiyaların göndərilməsi xahiş edilir.

İTAR TASS-ın məlumatına görə videolardan göründüyü kimi, Amerikanı bu işə vadar edən Rusiya barədə informasiya qıtlığıdır.

Mart ayında da Vashington Post qəzeti CİA-nın ABŞ-dakı səfirlik işçilərini cəzb etmək, səfir Anatoli Antonivun telefon danışıqlarının yazılması cəhdləri barədə yazmışdı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir